RU
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqlədi
11:10
23

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təsdiqlədi

ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiya rejiminin sərtləşdirilməsi və Ukraynaya əlavə dəstəyin göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Təşəbbüsün lehinə 226 nəfər səs verib, 195 konqresmen isə bunun əleyhinə çıxış edib.

Qəbul edilmiş sənədə əsasən, Rusiyanın Ukrayna ilə silahlı münaqişəni davam etdirib-etdirməməsi, sülh müqaviləsinin şərtlərini pozub-pozmaması və ya sülh danışıqlarını lazımi səviyyədə aparıb-aparmaması müntəzəm olaraq qiymətləndiriləcək. Cəza tədbiri kimi Rusiya rəsmilərinə, maliyyə qurumlarına, neft-qaz sektoruna, kömür və mədən sənayesinə qarşı əlavə sanksiyaların tətbiq edilməsi, həmçinin Rusiya malları və xidmətləri üçün gömrük rüsumlarının ən azı 500% artırılması planlaşdırılır.

Bundan əlavə, qanun layihəsində 2026-cı və 2027-ci maliyyə illərində Ukraynaya hərbi yardım qismində hər il 300 milyon dollar vəsaitin ayrılması da öz əksini tapıb. Sənədin müəllifi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin baş demokratı Qreqori Miksdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ