ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiyaların genişləndirildiyini elan edib.
7News.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
Sanksiyalar Kubanın Turizm Nazirliyinə, bir neçə hərbiləşdirilmiş struktura - xüsusi təyinatlılara və ərazi müdafiə qüvvələrinə, həmçinin bir neçə idxal-ixrac şirkətinə qarşı tətbiq edilib.
Qeyd edək ki, iyun ayında ABŞ Kuba Prezidenti Migel Dias-Kanelə, eləcə də ölkənin bir sıra digər hakimiyyət strukturlarına və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi.








