RU
ABŞ prezidenti Baydenin evində yeni məxfi sənədlər tapılıb
09:52
59

ABŞ prezidenti Baydenin evində yeni məxfi sənədlər tapılıb


7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər ortaya çıxmaqda davam edir. ABŞ Ədliyyə Nazirliyinin (DoJ) müstəntiqləri Baydenin ABŞ-ın Delaver ştatının Wilmington şəhərindəki iqamətgahında təxminən 13 saat davam edən axtarış aparıblar. Baydenin vəkillərinin verdiyi açıqlamada, axtarışlar çərçivəsində 6 yeni məxfi sənədin tapıldığı bildirilib. Sənədlərin bəzilərinin Baydenin senator olduğu dövrə, bəzilərinin isə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vitse-prezident olduğu dövrə aid olduğu öyrənilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ