RU
ABŞ uçot dərəcəsini 16 ilin ən yüksək səviyyəsinə qaldırıb
13:04
76

ABŞ uçot dərəcəsini 16 ilin ən yüksək səviyyəsinə qaldırıb


7NEWS.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faizi 25 bənd artıraraq 4,50-4,75% aralığına çatdırıb ki, bu da son 16 ilin ən yüksək səviyyəsidir.

FED-in verdiyi açıqlamada faiz artırma qərarının yekdilliklə qəbul edildiyi bildirilib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) uzun vədədə maksimum məşğulluq və 2 faiz inflyasiyaya nail olmağı hədəflədiyi vurğulanaraq, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin yüzdə 4,50-4,75 aralığına qaldırılmasına qərar verildiyi bildirildi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ