RU
ABŞ və Cənubi Koreya hərbi təlimlər keçirir
15:12
59

ABŞ və Cənubi Koreya hərbi təlimlər keçirir


ABŞ və Cənubi Koreya son zamanlar raket sınaqları ilə bölgədə gərginliyi artıran Şimali Koreya ilə Cənubi Koreya sərhədi yaxınlığında ortaq hərbi təlim keçirib. 

7NEWS.az xəbər verir ki, sərhəddə yerləşən Paju şəhərində keçirilən birgə hərbi təlimə Cənubi Koreya ordusundan bir bölmə və ABŞ 2-ci Piyada Diviziyasının Stryker Briqada Döyüş Komandası qatılıb. Şimali Koreya ilə Cənubi Koreya sərhədinə yaxın ərazidə keçirilən təlimə 800-ə yaxın əsgər qatılıb. 

Təlimdə Cənubi Koreya ordusunun müxtəlif texnikaları, o cümlədən "Baekho” adlı təkərli zirehli texnika, "Hyungung” adlı tank əleyhinə raket, həmçinin "Stryker” zirehli döyüş maşınları və kəşfiyyat təyyarələri iştirak edib. 

Digər tərəfdən, ABŞ və Cənubi Koreya Şimalın nüvə silahından istifadə etmə ehtimalına qarşı gələn ay yeni bir təlim keçirəcək. 11 gün davam etməsi planlaşdırılan təlimin fasiləsiz keçiriləcək ilk və ən uzun təlim olacağı gözlənilir. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ