"T8"in rəhbəri Acun Ilıcalının beşinci dəfə ata olacağı iddia edilib.
7News.Az Axşam.az-a istinadən xəbər verir ki, Acunun özündən 30 yaş kiçik sevgilisi Ayça Çağlanın yeni görüntüləri yayılıb. Fotolarda Ayçanın qarnındakı şişlik diqqət çəkib. Cütlüyün körpə sahibi olacağı deyilsə də tərəflər hələlik məlumatı təsdiqləməyib.
Qeyd edək ki, Acunun Seda Başbuğla evliliyindən bir qızı, Zeynep Yılmazla evliliyindən iki qızı və Şeyma Subaşı ilə olan evliliyindən isə bir qızı var.









