RU
Ağdamda qayınatasını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 5 uşaq atası saxlanılıb
12:40
25

Ağdamda qayınatasını bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 5 uşaq atası saxlanılıb

Ağdam rayonunda qətl törədilib.

Hadisə Səfərli qəsəbəsində ailədaxili münaqişə zəminində baş verib.

Rayon sakini, 1996-cı il təvəllüdlü, beş uşaq atası Qənbərov Eldəniz Elşən oğlu qayınatası, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlil oğlunu bıçaqlayaraq öldürüb.

Zakir Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ