RU
lombard
Ağdaş sakini əmisi oğlunu bıçaqlayıb
23:10
1673

Ağdaş sakini əmisi oğlunu bıçaqlayıb

Ağdaş rayonunda əmisi oğlunu bıçaqlamaqda təqsirli bilinən Samir Məmişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 8-nə təyin olunub.

Qeyd edək ki, Ağdaş rayon Qaradeyin kənd sakini 1991-ci il təvəllüdlü Samir Məmişovla əmisi oğlu Paşa Məmişov arasında torpaq üstündə mübahisə yaranıb. 

Nəticədə Samir Məmişov əmisi oğluna bıçaqla xəsarət yetirib.  Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

S.Məmişov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim olunub. 

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ