RU
ADAU-da “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib
18:50
333

ADAU-da “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib

29 Oktyabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin müzakirəsi, aqrar sahənin davamlı inkişaf üsulu kimi ekoloji təmiz kənd təsərrüfatının sosial, ekoloji və iqtisadi problemlərin həll edilməsində rolunun qiymətləndirilməsi, sahənin inkişafı üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin əməkdaşlarının, Milli Məclisin deputatlarının, müvafiq ali təhsil və elmi-təqdqiqat müəssisələrinin, xarici ölkə alimlərinin, ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan istehsalçıların, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək konfransın əhəmiyyəti, ekoloji təmiz kənd təsərrüfatı sahəsində qlobal çağırışlar, universitetdə bu sahədə görülmüş işlər, magistratura səviyyəsində "ekoloji kənd təsərrüfatı” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı, bakalavriat səviyyəsində tədris olunan fənlər, aparılan elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq, keçirilən müsabiqələrdən danışıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Elçin Zeynalov ölkədə ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafının əhəmiyyəti, bu sahədə məhsul istehsalının təşviqi və bazarın inkişaf etdirilməsi, müvafiq qaydaların və yerli kadrların hazırlanması və beynəlxalq standartlara uyğun işlək sertifikatlaşdırma prosesinin təşkil edilməsi barədə çıxış edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək konfransın işinə uğurlar arzulayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ