RU
Afaq cavab verdi:
15:20
419

Afaq cavab verdi: "4 aydır gedirəm"

Son günlər məşhur xanımlarımız arasında pilates qalmaqalı yaranıb. 

 
7News.Az-ın məlumatına görə, şou-biznes nümayəndələrinin əksəriyyəti bir müddət əvvəl arıqlamaq üçün fitnesə üz tuturdularsa, indi pilatesə üstünlük verirlər. Müğənni Nura Suri isə ötən gün status yazaraq, ilk dəfə pilatesə onun getdiyini söyləyib. O, hər kəsin onu təkrarladığını vurğulayıb. 

Aparıcı Afaq Gəncəli isə paylaşımında Nuraya cavab verib:

"4 ay ərzində əldə etdiyim nəticələr məni çox sevindirir. Pilatesə olan sevgimə görə məşqçimə təşəkkür edirəm. Doğrudan da pilatesi çox sevirəm. Hər kəsə də tövsiyyə edirəm. İstəyirəm ki, bizim xanımlar hər zaman gözəl və baxımlı olsunlar".

Artıq bir neçə aydır sözügedən idman növü ilə məşğul olan müğənni Nigar Camal da Afaqın paylaşımına şərh yazıb. O, "Sabah yüz faiz gedirəm" sözlərini qeyd edib.



 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ