RU
Afaqla Aytacın lezbiyan söhbəti böyüdü
18:44
1782

Afaqla Aytacın lezbiyan söhbəti böyüdü

Müğənni Afaq Aslanla həmkarı Aytac Vidadiqızı arasında olan qalmaqal səngimək bilmir. Müğənnilər arasında olan qalmaqala Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılıb və qərar oxunub. Qərara əsasən A.Aslan Aytac Vidadiqızından üzr istəməli və mənəvi ziyana görə iddiaçıya iki min manat təzminat da ödəməlidir.

Afaq Aslan isə ATV.az-a açıqlamasında bildirib ki, qərardan Apelyasiya Məhkəməsinə şikayət edəcək:

“Bu hələ son qərar deyil. Apelyasiyaya şikayəti edəcəm. Aytac deyəsən fantaziyalı kinolara çox baxıb. Deyəsən ən böyük arzularından biri də odur ki, məhkəmədə məndən pul udub, banka olan borclarını bağlasın. O, hələ ümidlə yaşayır ki, mən ondan üzr istəyim. Hələ məndən 50 min manat təzminat istəyirdi. Amma məhkəmənin qərarına əsasən 2 min manat təzminat kəsildi. Ondan üzr istəməyimi ağlına belə gətirməsin. Onun məndən teləb etdiyi pulun bir neçə qatını ona ödətdirərəm. Nə demişəm, dediyimin üstündə də dururam. Son gülən ən yaxşı güləndi. Deyəsən hələ məni yaxşı tanımır”.

Qeyd edək ki, Aytac Vidadiqızının vəkili Tahir Əlirzayev isə məhkəmənin yekunu olaraq bu sözləri deyib: “Məhkəmə qətnaməsində göstərilib ki, Afaq Məcidqızı həmkarı Aytac Vidadiqızı ilə bağlı yaydığı yalan məlumatlara görə təkzib verərək üzr istəməlidir. Bundan başqa, Afaq Aslan vurduğu mənəvi ziyana görə iddiaçıya iki min manat məbləğində təzminat da ödəməlidir”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ