7News.az xəbər verir ki, Şimali İrlandiyanın Belfast şəhərində bıçaqlı hücum ölkədə geniş təşviş yaradıb. Afrikalı miqrant tərəfindən həyata keçirilən hücumda bir nəfər ağır yaralanıb və hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Videoda ətrafdakıların zərərçəkənə kömək etmək üçün müdaxilə etdiyi görünür. Polis şübhəlinin nəzarətə alındığını və hərtərəfli araşdırma başlandığını açıqlayıb.








