RU
Agalarov və Leps Bakıda restoran açacaq
10:10
255

Agalarov və Leps Bakıda restoran açacaq

"Crocus Group”un vitse-prezidenti Emin Agalarov və müğənni Qriqori Leps Bakı, Sankt- Peterburq və Kazanda restoranlar şəbəkəsi aça bilərlər.

 Bu barədə Emin Agalarov açıqlama verib:

"Qriqori Lepslə "Bir qədəh şərab” konsepsiyasını genişləndirməyi planlayırıq. Biz  Piter, Kazan və Bakı kimi böyük şəhərlərdə restoran açmaq istəyirik”.

Rambler-in məlumatına görə, Qriqori Leps də bu informasiyanı təsdiqləyərək bildirib ki, başqa şəhərlərdəki işi nəzarətdə saxlamaq çətin olduğuna görə, ola bilsin ki, bu restoranlar  franşiz qaydası ilə açılsın.

Agalarov və Lepsə məxsus "Bir qədəh şərab” restoranı 2017-ci ildə Moskvada açılıb. Daha sonra onlar "Lesnoy” adlı ikinci restoranı açıblar.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ