RU
lombard
19:33
1415

"AGR GROUP" MMC-nin ölkəyə gətirdiyi yararsız kartof geri qaytarıldı

Hüquqi şəxs "AGR GROUP" MMC tərəfindən İrandan idxal edilən ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına baxış keçirilib.

7NEWS.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm ("Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının İrana geri qaytarılması barədə qərar qəbul edilib.

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ