RU
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib
16:10
33

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib

Avropa İttifaqının (Aİ) səfirləri Brüsseldə təşkil ediləcək xarici işlər nazirlərinin toplantısınadək 21-ci sanksiya paketini qəbul edə bilməyiblər.

Bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas məlumat verib:

"21-ci sanksiyalar paketi üzərində iş başa çatmayıb. Hələlik ortaq məxrəcə gəlinməyib və açıq qalan məsələlər mövcuddur".

O bildirib ki, Rusiya əleyhinə yeni enerji, bankçılıq və ixrac qadağalarını özündə birləşdirən 21-ci paketin yerinə, Aİ-nin baş diplomatları müxtəlif sahələrdə fəaliyyət göstərən 250 şəxsin qara siyahıya əlavə olunmasını təsdiqləyəcəklər. Diplomat bunun fərdi məhdudiyyətlər çərçivəsində ən irimiqyaslı blok olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Avropa Komissiyası bundan əvvəl 21-ci sanksiya paketinin məhz bu nazirlər toplantısında təsdiqlənməsini planlaşdırırdı.

Avropa İttifaqı 2026-cı ildə Rusiya əleyhinə bütün qadağaların geniş sanksiya paketləri şəklində qruplaşdırılması praktikasından razılaşdırma prosesinin çətinliyi səbəbindən vaz keçib. Qurum qadağaların davamlı şəkildə həyata keçirildiyini göstərmək məqsədilə "aralıq sanksiyalar" kimi tanınan məhdudiyyətlərdən istifadəyə üstünlük verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ