RU
Aİ vaksin strategiyasındakı səhvləri qəbul etdi
04:00
1427

Aİ vaksin strategiyasındakı səhvləri qəbul etdi

Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen Aİ-nin koronavirus vaksinləri ilə bağlı stategiyasında xətaların olduğunu qəbul edib.

7NEWS.Az xəbər verir ki, o, vaksinlərin kompleks olaraq alınması qərarının doğru olduğunu bildirib.

"Hələ də olmaq istədiyimiz yerdə deyilik. Vaksinləri təsdiqləməkdə gecikdik. Ümumi istehsalat məsələsində çox müsbət düşünürdük. Bundan başqa, verdiyimiz sifarişlərin vaxtında təslim ediləcəyinə çox inandıq”, - o əlavə edib.

Aİ rəsmisi vurğulayıb ki, bu günə qədər 2,3 milyard doz vaksin alışı qərarının arxasındadırlar.

"Bir ovuc böyük ölkə tələsik qərarla vaksinlərin hamısını alsaydı və digər hər kəsin əli boş qalsaydı, nə olacağını təxmin edə bilmirəm. Belə bir vəziyyət daxili bazar üçün və Avropanın birliyi üçün nə mənaya gələcəkdi? İqtisadi baxımdan da axmaq vəziyyət olacaqdı və məncə, birliyimizin də sonu ola bilərdi”.

7NEWS.Az 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ