İspaniyanın Alicante bölgəsindəki maraqlı hadisə qeydə alınıb. 14 yaşlı Andres Kanto ailəsinə qəzəblənərək evlərinin həyətində özünə yeraltı bi ev tikib.
7News.Az xəbər verir ki, gənc bu ev üçün altı il qazıntı işləri aparıb. Hazırda 20 yaşında olan Andresin evi yerin üç metr dərinliyində yerləşir. Pilləkənlərlə enilən otağına o, "WiFi” sistemi qurub, həmçinin yataq, radio, stul kimi ləvazimatlar da mövcuddur.








