Aktrisa Ancelina Coli Qəzzadakı dağıntıların görüntülərini paylaşıb
7News.az xəbər verir ki, ABŞ-lı aktrisa Ancelina Coli Qəzzada Google peyk görüntülərində əks olunan dağıntıların şəkillərini paylaşaraq bildirib: "Google Earth fiziki dağıntıları fövqəladə dərəcədə aydın şəkildə nümayiş etdirir. Lakin o, bu şəraitdə yaşamağın nə demək olduğunu, həlak olan ailələrin başına nələr gəldiyini və ya sağ qalanların həyatının necə olduğunu göstərə bilmir".