Koronavirusun təsbit edilməsi istiqamətində Fransa alimləri yeniliyə imza atıblar.
Ölkənin Meyson-Alfort şəhərindəki baytarlıq laboratoriyasında aparılan testdə təlim keçmiş Alman itləri yeni növ koronavirus xəstələrini iyləməklə aşkarlaya bilirlər. İtlər yüzdə 95% müvəffəqiyyət göstəriblər.
Bildirilir ki, fransızlar bundan sonra koronavirus infeksiyasına yoluxmanı müəyyən etmək üçün itlərdən istifadə edəcəklər.
İtlər tər vasitəsilə virusa yoluxmuş şəxsləri müəyyən edə bilirlər. /publika.az
7NEWS.Az








