"Almaniya Ukrayna ilə bağlı nizamlanma məsələsində diplomatiyaya üstünlük verir və bu həftə Almaniya Kanslerinin müşaviri Rusiya və Fransadan olan həmkarları ilə yüksək səviyyədə görüş keçirəcək”.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Heberşrayt söyləyib.
"Kanslerin köməkçisi Yens Pletner bu həftə Rusiya və Fransadan olan həmkarları ilə görüşəcək”, - deyə o əlavə edib.
7NEWS.Az








