RU
Almaniya Kansleri BMT missiyasının Xankəndiyə səfərini yüksək qiymətləndirib
12:10
85

Almaniya Kansleri BMT missiyasının Xankəndiyə səfərini yüksək qiymətləndirib

Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.
Bu barədə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib.

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ