RU
Almaniya zəlzələ qurbanları üçün viza prosesini asanlaşdıracaq
13:28
32

Almaniya zəlzələ qurbanları üçün viza prosesini asanlaşdıracaq


Almaniya Türkiyə və Suriyadakı zəlzələ qurbanlarının yaxınlarını müvəqqəti olaraq ölkəyə gətirmək istəyənlər üçün viza prosesini asanlaşdırmağı hədəfləyir. Zəlzələdən zərərçəkənlərə veriləcək viza üç ay müddətində qüvvədə olacaq. 

7NEWS.az xəbər verir ki, Türkiyə və Suriyada on minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən sonra Almaniyanın bu iki ölkədə zəlzələ qurbanlarının yaxınları olanlar üçün viza sadələşdirilməsi hazırladığı açıqlanıb. Xarici İşlər Naziri Annalena Baerbok "Twitter” hesabından verdiyi açıqlamada, bu ölkələrdə zəlzələdən zərər çəkmiş qohumları olanların evlərini itirmiş və ya tibbi dəstəyə ehtiyacı olan zəlzələdən sağ qalanları müvəqqəti olaraq yanlarına aparmağa icazə verəcəklərini açıqlayıb. Nazir "viza prosesini bürokratik baxımdan mümkün qədər asanlaşdırmağı” hədəflədiklərini və bu məqsədlə komandanın yaradıldığını bildirib. Baerbok Almaniyanın Türkiyədəki xarici səfirliklərində personalın sayının artırıldığını və kadrların dəyişdirildiyini yazıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ