Almaniyadakı Yulix tədqiqat mərkəzinin ərazisində bomba aşkar edilib, müəssisə müvəqqəti bağlanıb.
Bu barədə "Report"a mərkəzdə işləyən mənbə məlumat verib.
"Ərazisində bomba aşkar edildikdən sonra mərkəz bağlanıb, əraziyə xilasetmə xidmətləri gəlib", - agentliyin həmsöhbəti bildirib.
Hadisənin digər təfərrüatı hələlik açıqlanmır.
Avropanın ən böyük multidissiplinar elmi mərkəzlərindən biri olan Yulix tədqiqat mərkəzi Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşir. Helmholts Assosiasiyasına daxil olan mərkəzdə energetika, iqlim, informasiya texnologiyaları və bioiqtisadiyyat sahələrində tədqiqatlar aparılır.








