RU
Almaniyada rekord səviyyədə beyin axını
17:20
39

Almaniyada rekord səviyyədə beyin axını

7News.az xəbər verir ki, ən çox miqrant qəbul edən Avropa ölkəsi olan Almaniyanı ixtisaslı işçi qüvvəsi tərk edir. Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ötən il ərzində 288 mindən çox alman vətəndaşı xaricdə məskunlaşıb. Bu göstəricilər ölkənin rekord səviyyədə mühacirət dalğası ilə üzləşdiyini təsdiqləyir. "Indeed" iş axtarışı platformasının keçirdiyi sorğu göstərir ki, xüsusilə yüksək gəlirli təbəqəyə aid şəxslər son bir ildə xaricdə iş axtarışına üstünlük veriblər. Ölkəni tərk etmək istəyənlər daimi olaraq başqa yerə köçməyi planlaşdırırlar. Gələcəklə bağlı narahatlıqlar səbəbindən gənc əhali əsasən ABŞ, İsveçrə və Böyük Britaniya kimi ölkələrə üstünlük verir. Eyni zamanda, Almaniyaya geri qayıdanların sayının aşağı səviyyədə qaldığı da müşahidə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ