RU
Altayda turist qadının dəhşətli ölümü:
12:40
32

Altayda turist qadının dəhşətli ölümü: "Günahkar" ayı məhv edildi

Rusiyanın Altay Respublikasının Turoçakski rayonunda ovçular iki gün ərzində 12 ayını güllələyiblər. Həmin ayılardan biri avqustun 19-na keçən gecə Novosibirskdən gələn turist qadını parçalayaraq yeyib və basdırıb.

7News.Az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə regional hökumətin mətbuat katibi Mixail Maksimov məlumat verib.

"Tənzimləmə rayonu - Turoçakski rayonunun Artıbaş, Yoqaç kəndləri və yaxınlıqdakı ərazilərdir. Altay Respublikası Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ərazidəki ən böyük yırtıcılar ikinci gündə zərərsizləşdirilib", - deyə Mixail Maksimov bildirib.

Ovçuların məlumatına və ehtimal olunan miqrasiya marşrutuna əsasən, öldürülən ayılardan biri Novosibirsk sakini olan qadına hücum edən ayıdır.

Ayıların hərəkətinin monitorinqində respublikanın PUA Mərkəzinin dronları iştirak edir və havadan heyvanların hərəkətini izləyir. Ayıların sayının tənzimlənməsi davam edəcək.

Xatırladaq ki, avqustun 19-da gecə Artıbaş kəndində turist bazasında 29 yaşlı Snejana nişanlısı ilə birlikdə çay sahilində çadır qurub. Ayı düşərgəyə gecə saat bir radələrində hücum edib və qadını meşəyə sürükləyib. Ayı qadını parçalayaraq yeyib və basdırıb. Daha sonra Snejananın qalıqları tapılıb.

Ərazidə yüksək hazırlıq rejimi elan edilib, sakinlərin və qonaqların gecə saat 20:00-dan 10:00-dək hərəkət etməsi məhdudlaşdırılıb. Vəhşi heyvanların hərəkətlərini monitorinqinə PUA Mərkəzi və ovçuluq müfəttişləri cəlb edilib. Təbii Sərvətlər Nazirliyi ayı ovu üçün əlavə lisenziyalar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ