Türkiyədə qadın 17yaşlı qızını əxlaqsızlığa məcbur edən həyat yoldaşını gecə yatarkən bıçaqlayıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, 36 yaşlı Kibariyə.G həyat yoldaşı 43 yaşlı Zafer.G-nın 17 yaşlı qızını pul qarşılığında kişilərlə görüşməyə məcbur etdiyini öyrənib.
Öz atası tərəfindən kişilərlə görüşməyə məcbur edilən 17 yaşlı qız olanları anasına danışıb. Kibariyə.G həyat yoldaşının yatmasını gözləyib, daha sonra mətbəxtdən götürdüyü bıçaqla ona hücum edib. Ərini bıçaqladıqdan sonra, özü də intihara cəhd edib.
Hadisədən yaralı qurtulan cütlük xəstəxanaya aparılıb.
Həbs edilən Kibariyə.G-ya 25 il həbs cəzası verilməsi tələb edilib.
7News.Az








