7News.az xəbər verir ki, Rusiyada miras ələ keçirmək məqsədilə 39 yaşlı Olqa Yaroslavtseva və onun 5 yaşlı qızını qətlə yetirən MMA döyüşçüsü Fərhod Rəhimzadənin həbsxanada öldüyü bildirilir. İkiqat qətlə görə 23 il müddətinə azadlıqdan məhrum edilmiş 33 yaşlı məhkumun ölüm səbəbi və tarixi hələ açıqlanmayıb.








