7News.az xəbər verir ki, Almaniyada bir fast-food restoranının qarşısında insanabənzər robotun (ehtimal ki, məsafədən idarə olunan) 16 yaşlı qıza qarşı cinsi təcavüz etdiyi iddia edilir. Britaniya mətbuatında yayılan məlumatlara görə, polis bir avtomobilin içində gizlədilmiş, 1,2 metr hündürlüyündəki robotu ələ keçirərkən hadisə sosial şəbəkədə canlı yayımlanırdı. Hadisə ilə bağlı araşdırma başladılıb.








