RU
lombard
Anam məhkəmə zalında infarkt oldu, nənəm həbsxananın qarşısında öldü - Ömrlük məhkum – VİDEO
15:20
175

Anam məhkəmə zalında infarkt oldu, nənəm həbsxananın qarşısında öldü - Ömrlük məhkum – VİDEO

ARB TV-nin "Rezonans” proqramında bu dəfə 1978-ci il təvəllüdlü, Saatlı rayonu, Saracalar kənd sakini Əhmədov Sahib Əliqismət oğlu öz həyat hekayəsini danışıb.

Əhmədov Sahib Əliqismət oğlu – Məhkum (Ömrlük): Mən Xüsusi Təyinatlı Orduda xidmət etmişəm. Ön cəbhədə yaxşı xidmətimə görə mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi. Mart ayı idi, məzuniyyətdə idim. Ögey əmim mənə dedi ki, bir nəfərin mənə borcu var, məni apar onlara pulumu alacam. Mən də apardım. Onu gözləyirdim, birdən qışqırıq səsi gəldi. Evə daxil oldum, gördüm ki, əmim evdəki qızı boğub, anasını da bıçaqlayıb. Əmimə müqavimət göstərsəm də artıq gec idi, qız ölmüşdü. İlqardan 5 min dollar borc alıb özünə təsərrüfat qurmaq üçün. Qaytara bilmədiyi üçün İlqar onlara gedib. Evə daxil olub, qızdan soruşub ki, atan hanı. Qız da deyib sənə olan borcuna görə evə gələ bilmir. Qızın aqressiv cavabına görə mübahisə olub, deyilənə görə qız əmimə çaynik atıb. Sonra Almaz xala bunun üstünə gələndə əmim cibindəki bıçaqla qadını vurub. Sonra qız yenə əmimə hücum edəndə iplə qızı boğub öldürüb. Heç bir əsas olmadan onu öldürüb. O qız mənim bacım sayılırdı.

Həbsdə ən çox təəssüflənib kövrəldiyim vaxt Raqub Orucovun şəhid olduğu vaxt olub. Onunla çörək kəsmişik, mənimlə birlikdə xidmət edib. Aprel döyüşlərində çox kədərləndim. Hətta müraciət etdim ki, məni ön cəbhəyə aparsınlar, döyüşüm sonra yenidən həbsə qaytarsınlar.

Məhbəsdə şeirlər yazıram. İlk kitabımı ölkənin birinci xanımı, Mehriban xanım Əliyevanın dəstəyi ilə işıq üzü görüb. İkinci kitabımın da çapında Mehriban xanımın böyük əməyi olub.

Hərbidə olanda dəfələrlə uğurlu əməliyyatlarımız olub. Dəfələrlə düşmən diversiyasını yerlərində oturtmuşuq, onları geri püskürtmüşük. Hətta mən və orada bir hərbçi yoldaşım düşmən dilini çox yaxşı bilirik.

Ömrlük həbs cəzası alanda anam məhkəmə zalında infarct keçirdi. Mən çox ağır şok yaşadım, elə bildim həyatım çökdü. Ailəm yanıma gəlir, atamın anası, yəni nənəm mənim yanıma gəldi, həbsxananın qarşısına çıxanda dünyasını dəyişdi.

Mənim ən çox arzuladığım ögey əmim İlqarın tapılıb hüquq-mühafizə orqanlarına təhvil verilməsidir. Barəsində beynəlxalq axtarış da verilib, mən azadlığa çıxmasam da onun həbsdə olmasını istəyirəm. Əgər o həbs olunsa elə bilərəm əfv olunmuşam.

Həbsdə ən çox gecələri sevirəm. Gecələr ürəyimdə ağlayıram. Sakitlik olur, mənim ağlamağım digər kamera yoldaşlarımı da narahat etmir. Gözümən yaş gedir, içimdə rahat-rahat ağlayıram. Günüzləri isə heç sevmirəm. Çünki o hadisə məhz günüz saatlarında baş vermişdi.

Kimsə pis yola qədəm qoymaq istəyirlərsə bu sujetə baxıb pis yola düşməsinlər, görsünlər bir insane həyatı neçə məhv olur, örnək çıxartsınlar. Ən böyük arzum isə Raquf Orucovun, Mübariz İbrahimovun, hərçi qardaşlarmızın məzarın ziyarət etməkdir”.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ