RU
Ağdamda açıq ərazidə yanğın başlayıb
13:40
28

Ağdamda açıq ərazidə yanğın başlayıb

Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.

 Trend-in Qarabağ bürosunun xəbərinə görə, növbəti yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib.

Yanğın 20 hektara yaxın ərazini əhatə edir.

Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ