7NEWS.az xəbər verir ki, uşaqlara qarşı cinsi istismar iddiaları ilə gündəmə gələn Vatikanın keçmiş iqtisadiyyat naziri və Avstraliya kardinalı Corc Pellin Sidneydəki dəfn mərasimi etirazlara səhnə olub. ABC-nin məlumatına görə, St. Müqəddəs Məryəm Katedralində keçirilən dəfn mərasimində uşaq cinsi istismarının qurbanları və onların qohumları kafedralın qarşısındakı Hayd Parkda nümayiş keçiriblər. Kardinal Pellə etiraz edən fəallar "Pell, cəhənnəmə get” şüarları səsləndiriblər. Corc Pellin tərəfdarları da kafedraldan kənarda ekranda dəfn mərasimini izləyiblər.
7NEWS.az








