Avstriya Müdafiə Nazirliyinin sözçüsü Mixael Bauer, "Əsgərlərimiz yenidən axtarış-xilasetmə işlərinə başlayıb" dedi.
7NEWS.az xəbər verir ki, Maraş mərkəzli zəlzələlərdən sonra Hatayda axtarış və quruculuq işlərinə qatılan Avstriya ordusunun qrupları yenidən işə başlayıb. Avstriya ordusunun komandası "təhlükəsizlik narahatlığı" səbəbindən xilasetmə əməliyyatlarını dayandırdığını açıqlamışdı. Avstriya Müdafiə Nazirliyinin sözçüsü Michael Bauer "Twitter” hesabında "Türk Ordusu AFDRU qruplarımızı qorumaq vəzifəsini öz üzərinə götürdü. Əsgərlərimiz yenidən axtarış-xilasetmə işlərinə başlayıb" dedi.
7NEWS.az








