Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Fələstin və İsrail səfərlərinin proqramı açıqlanıb.
7NEWS.Az xəbər verir ki, Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin Müştərək Komitəsinin ikinci iclasına sədrlik etmək üçün mayın 24-də Fələstinə səfər edəcək.
Səfər çərçivəsində Çavuşoğlunun Fələstinin XİN rəhbəri Riyad Malki və Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşləri nəzərdə tutulub.
Bundan əlavə, Çavuşoğlu mayın 25-də İsrailə də səfər edəcək. Səfər çərçivəsində israilli həmkarı Yair Lapidlə ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdə regional və beynəlxalq məsələlər, eləcə Türkiyə=İsrail münasibətləri barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.
7NEWS.Az








