RU
Ayağı amputasiya edilən yarışmacı qalib elan olundu
11:30
29

Ayağı amputasiya edilən yarışmacı qalib elan olundu

Xəbər verdiyimiz kimi, "Survivor Yunanıstan” yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında ağır qəza keçirib. Hadisə iştirakçı nizə ilə balıq ovu etdiyi zaman qeydə alınıb. Qəza nəticəsində onun bir ayağı amputasiya edilib, digər ayağının topuq nahiyəsi isə ciddi zədələnib.
 
7News.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, "Survivor Yunanıstan" yayımının prodüser heyəti dünya televiziya tarixində görünməmiş bir qərar qəbul edib.
 
Əldə edilən məlumata görə, ağır qəza keçirən Stavros Floros bu ilki "Survivor"un yeganə və mütləq qalibi elan edilib.
 
Bu qərarla 250 min avroluq bütün baş mükafatın gənc iştirakçıya veriləcəyi bildirilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ