RU
Aygünə söz atdı:
12:30
315

Aygünə söz atdı: "Divanda uzanıb, kəndirdən sallanmayacam"

Əməkdar artist Röya Ayxan klublardan birində konsert verib. 

 
7News.Az xəbər verir ki, müğənni çıxışı zamanı "Crystal hall"da konsert verəcəyini bildirib. Röya "Bu, "Crystal hall" konsertimin başlanğıcıdır. Mən orada çıxış etsəm "Röyavision" olacaq. "Eurovision"ı keçməliyik" deyib. 

İfaçı daha sonra xalq artisti Aygün Kazımovaya söz atıb:.

"Crystal hall"da divan üstünə çıxmayacam, rəqqaslar məni fırlatmayacaq. Nə də kəndirdən sallanıb, səhnəyə gəlməyəcəm. Elə birbaşa yuxarıdan özüm düşəcəm".

Qeyd edək ki, Kazımova "Crystal hall" konsertində divan üstündə uzanıb, rəqqaslarla səhnədə şou göstərib və kəndirlə yuxarıya qalxaraq, mahnı səsləndirib. /axşam





 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ