Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado Əliyevlə yenidən bir araya gəlib.
7News.Az Lent.az-a istinadən xəbər verir ki, Natavan Həbibi sosial şəbəkə hesabında paylaşdığı videoda keçmiş həyat yoldaşı Dado ilə birlikdə görüntülənib.
Reper Dado müsahibələrindən birində ayrılmalarına baxmayaraq tez-tez bir araya gəlmələrini belə açıqlamışdı.:
"Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq".
Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Dado, boşandıqlarını instaqram səhifəsində bildirmişdi. Onların Zeyd adlı bir oğlan övladı var.








