RU
Aysun müğənniliyin çətinliyindən danışdı: “Az da olsa, səsimiz var” - VİDEO
16:30
346

Aysun müğənniliyin çətinliyindən danışdı: “Az da olsa, səsimiz var” - VİDEO

ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi müğənni Aysun İsmayılova olub.

7News.Az xəbər verir ki, müğənni sənətdə olmağın çətinliklərindən danışıb:

"Bu sənət bəzən insana xoş gəlmir. İkiüzlü insanlar, gələcək həyatınla bağlı yaranan problemlər və bunun kimi səbəblər... Bizdə müğənnini müğənni kimi qəbul etmirlər, gərək üstünə nəsə yaxalar.

Hər kəs məni sevəcək deyə bir şey yoxdur. Özüm də iddia etmirəm ki, muğam oxuyacam. Amma çalışıram, vokal dərsləri alıram, işimin üstündə çox əziyyət çəkirəm ki, istədiyim o pik nöqtəyə çatım. Yoxdur demək düzgün deyil, az da olsa, səsimiz var”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ