RU
Azər Zahid anası ilə qızının görüntülərini paylaşdı:
15:40
833

Azər Zahid anası ilə qızının görüntülərini paylaşdı: "Kimsənsə elə ol"

Tanınmış aparıcı Azər Zahid sosial şəbəkədə maraqlı paylaşım edib.

7News.Az xəbər verir ki, paylaşımda aparıcının anası və qızı Dilək yer alıb. Aparıcı onları xəmir yayan zaman lentə alıb və paylaşımına belə şərhv verib:

"Deməli, bir çoxları instagram hesabında evində olarkən , bəzənib , düzənib bahalı dəb dəbəli həyatını göstərir , reallıga qalanda isə , rec düyməsini basdıqdan sonra, yəni çəkilişi dayandırdıqdan sonra öz normal həyatındakı formaya qayıdırlar! Mənim anam da hər zaman mənə irad bildirir, onu çəkməməyimi, paylaşmamağımı istəyir! Sizcə bu real və gerçək gözəllik deyilmi? Anamın bu halı , evimin bu halınə şükr edirəm! Bunu paylaşmaqda ilk məqsədim niyə özümüz olmuruq? Niyə həyatda "pakazuxalıq" edirik? Niyə özümüzdə olan çatışmazlıqları görməzdən gəlib, ona buna irad bildiririk! Yeri gəlmişkən həyatda nə və kimsənsə elə ol! "

Qeyd edək ki, Azər Zahid öncə həmkarı Vüsalə Əlizadə ilə daha sonra isə başqa xanımla ailəli olub. Onun ikinci xanımından da ayrılması xəbərləri mediada yayılıb. 

 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ