RU
Azərbaycan dilini qorumaq gənc nəslin qarşısında duran ən mühüm vəzifədir
10:48
205

Azərbaycan dilini qorumaq gənc nəslin qarşısında duran ən mühüm vəzifədir

Məndən soruşsalar ki, dövlətdən,naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: "Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var. " Cəlil Məmmədquluzadə.

 

Dəfələrlə yadelli işğallarına məruz qalaraq uzun illər əsarətə məhkum olmuş bir xalqın hürriyyətinin başlıca açarı onun öz doğma tarixini, ana dilini və mədəniyyətini unutdurmağa imkan verməməsidir.XIX və XX əsr Azərbaycan tarixi dilin xalqın milli varlığının ən böyük sübutu olduğunu əks etdirən tarixi dövr olmuşdur.İlk növbədə çar, daha sonra isə Sovet hakimiyyəti altında olan Azərbaycan xalqına tətbiq olunan ilk müstəmləkəçi siyasət məhz ana dilinin unutdurulmasına yönəlmiş siyasət idi.Ana dilində danışanların təqib olunması, mətbuat, ictimaiyyət və dövlət işlərində Azərbaycan dilinə ümumiyyətlə yer verilməməsi millətinin gələcəyini düşünən,onun azadlığa qovuşması üçün mübarizə aparan vətənpərvər ruhlu ziyalıları narahat edir və xalqı maarifləndirməyə, onu «yatdığı bu dərin yuxudan ayıltmağa» vadar edirdi.Həmin dövrün gərgin siyasi şəraitinə və təzyiqlərə baxmayaraq, öncə milli mətbuatin Azərbaycan dilində fəaliyyətə başlaması,daha sonra ərəb əlifbasının dəyişdirilməsi görkəmli ziyalı Həsən bəy Zərdabinin, Molla Nəsrəddin jurnalının çapa başlaması ilə milli oyanışın əsasının qoyulması isə görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin əvəzsiz xidmətlərindəndir. Siyasi cəbhədə dil ilə bağlı dəyişikliklər daha radikal olduğundan və ciddi qayda qanunlara tabe olduğundan rəsmi dilin Azərbaycan dili elan olunması əlçatmaz hesab olunurdu.Bu barədə müəyyən qanunlar qəbul olunsa da keçərliyini qısa müddət ərzində itirmişdir. Azərbaycan dilinin uzunmüddətli olaraq dövlət dili elan olunmasına müvəffəq olan yeganə dövlət xadimi Heydər Əliyev olmuşdur.Onun Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırmasından başlanan siyasəti milli azadlığın əldə olunması ilə sona çatmışdır.

Bugünkü gün Azərbaycan öz ana dilini, mədəniyyətini və tarixini azadcasına ifadə etmək və bütün dünyada təbliğ etmək kimi imkanlara sahibdirsə ,bunu vaxtilə bu yolda qurbanlar verən, cəfalar çəkən və lazım gəldiyində öz həyatlarını təhlükəyə atmaqdan çəkinməyən maarif və dövlət xadimlərinə borcludur.Tarixin keşməkeşli sınaqlarından keçmiş, təzyiqlərə, qadağalara rəğmən öz mövcudluğunu qoruyub saxlamağa nail olmuş və müstəqilliyimizin bərpasının ilk addımı olan doğma ana dilimiz - Azərbaycan dilini qorumaq və əbədiyyən yaşatmaq gənc nəslin nümayəndələrinin qarşısında duran ən mühüm vəzifədir.

 

Bakı şəhəri Nəsimi rayonu 1 saylı tam orta məktəb

Ağakişiyeva Gülnur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ