RU
lombard
Azərbaycan və Qazaxıstan arasında yeni saziş imzalanacaq
16:37
149

Azərbaycan və Qazaxıstan arasında yeni saziş imzalanacaq

"Yaxın zamanlarda Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması, eləcə də Azərbaycan vətəndaşlarının vizasız qarşılıqlı gediş-gəlişi barədə sazişə dəyişikliklərin edilməsi planlaşdırılır".

7News.AzTrend-ə istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, layihəyə əsasən Azərbaycan vətəndaşları Qazaxıstan ərazisində 30 gün ərzində qeydiyyatsız qala bilər, bu müddət başa çatdıqdan sonra onlar qeydiyyatdan keçərək daha 60 gün ərzində bu ölkədə yaşaya bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ