RU
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:14
16

Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub

Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub. Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar naziri Alambek Sultanbayev və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “ Azərbaycan və Qırğızıstan arasında Beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişi, həmçinin “Yükdaşımaları, gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlığa dair Memorandum”u, Qırğızıstan Respublikasının energetika naziri Altınbek Rısbekov və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov “Neft və neft məhsullarının tədarükü sahəsində əməkdaşlığa dair Memorandum”u, həmçinin “Energetika sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi”ni, Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov “2024–2029-cu illər üzrə Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni, Qırğızıstan Respublikasının Milli Statistika Komitəsinin sədri Bakıtbek Kudaybergenov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Statistika sahəsində əməkdaşlığa dair Memorandum”u, Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Maksat Asanalıyev və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Kibertəhlükəsizlik sahəsində qarşılıqlı anlaşmaya dair Memorandum”u, Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidmətinin direktoru Ayrat Mamatov və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov “Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Memorandum” mübadilə edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ