RU
lombard
Azərbaycan və Ukrayna arasında İşgüzar Şura yaradılıb
20:45
2338

Azərbaycan və Ukrayna arasında İşgüzar Şura yaradılıb

Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb.

Şuranın yaradılması haqqında sazişi Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.

Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.

Bu gün Şuranın ilk iclası keçirilib. Tədbir çərçivəsində həmçinin, Azpromo ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair Memorandum, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.

Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən "Baku Business Group" MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə "Bratslav" şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ