lombard

Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

2010-cu ildə təsis edilmiş Bank "BTB” ASC-nin iki filialı bağlanıb.

7news.az unikal.orga istinadla xəbər verir ki, bankın "Premium” və "Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin "Ticarət” filialı "Muğanbank”a satılıb. "Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub. 

Qeyd edək ki, yaxın günlərdə daha dörd filialın da bağlanacağı bildirilib. Artıq bankın filiallarının bağlanması əmanətçiləri də təşvişə salıb. 

Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.

Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirib ki, Bank "BTB” müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır: "Bank "BTB” xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artıq intensiv işlərə başlanılıb. Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən "Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib”.

Fuad Cəfərov əlavə edib ki, yuxarıda qeyd edilən standartlara cavab verən "Azadlıq” filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.

Xəbər lenti