RU
lombard
Azərbaycanda dördüncü mobil operator fəaliyyətə başlayacaq
15:35
1408

Azərbaycanda dördüncü mobil operator fəaliyyətə başlayacaq

“Delta-Telecom LTD” şirkətindəki məlumatlı mənbədən daxil olan informasiyaya əsasən Azərbaycanın əsas telekom operatoru respublikanın bütün ərazisini tamamilə əhatə edən 4G “TDD-LTE advanced” mobil rabitə şəbəkəsini qurmağa hazırlaşır.

“Delta Telecom LTD ” MMM “Alcatel-Lucent”, “Ericson” və digər istehsalçı şirkətlərlə 2.4 GHZ diapozonunda respublikanın bütün ərazisini əhatə edən 4G şəbəkəsini ilin sonunadək qurmağı planlayır.

Hal-hazırda respublikanın bütün ərazisini əhatə edən geniş İP-MPLS fiber-optik şəbəkələrinə malik olan şirkət, əhaliyə göstərilən mobil rabitə xidmətlərinin keyfiyyətini artırmaq üçün “Telekom-İnvest” şirkəti ilə birlikdə 4-cü mobil rabitə operatoru olaraq fəaliyyətə başlayacaq.

“Delta-Telecom LTD” şirkətinin rəhbərliyi ilə telefon əlaqəsi zamanı məlumatı təsdiq etsələr də, 4-cü mobil rabitə operatorunun fəaliyyətə başlaması barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəklərini bildirdilər.


Xatırladırıq ki, hazırda Azərbaycanın mobil rabitə bazarında üç operator - Azercell, Bakcell və Nar Mobile fəaliyyət göstərir./olke

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ