Xəbər verdiyimiz kimi, Varşava Tibb Universiteti tanınmış şəxsləri növbəsiz peyvənd olunduqlarına görə azı 250 min zlotı (70 min ABŞ dolları) məbləğində cərimə edəcək.
Azərbaycana peyvəndlər yanvarın ortası gətirilir. Ölkəmizdə də belə hallar aşkarlansa, nəzarət növü kimi cərimələrin tətbiqi gündəmdədir.
7News.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a millət vəkili Azər Badamov danışıb:
"Koronavirusa qarşı peyvəndlənmə könüllü olacaq. Həm də bütün insanlar dövlət hesabına peyvəndlənəcəklər. İlkin peyvəndlənmədə daha çox risk qrupuna daxil insanlar olacaq. Bura digərləri ilə daha çox təmasda olanlar, o cümlədən həkimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, yaşı 65-dən yuxarı şəxslər və sairə aiddir. Düşünürəm, bizdə növbəsiz peyvəndlənmə olmayacaq. Əgər söhbət kütləvi peyvəndlənmədən gedirsə, belə hal baş versə də, bir cərimənin tətbiq edilməsinə ehtiyac yoxdur. Çünki peyvəndlənmə qısa bir zamanda hamını əhatə edəcək".
7News.Az








