2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 1664,5 milyon manat icra edilib.
7NEWS.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9% və ya 16,0 milyon manat azdır.
Sosial müdafiə və sosial təminat xərcləri 1716,1 milyon manat proqnoza qarşı 97% və ya 51,6 milyon manat az icra edilərək illik proqnozun 45,1%-ni təşkil edib.
Cari ilin yanvar-iyun aylarında sosial müdafiə və sosial təminat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart və aprel ayında çox, yanvar, may və iyun aylarında az icra edilib.
7NEWS.az







