RU
Azərbaycanda vaksinasiya bu ay başlaya bilər - AÇIQLAMA
15:01
185

Azərbaycanda vaksinasiya bu ay başlaya bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə artıq koronavirus əleyhinə peyvəndlənmə başlayıb. Azərbaycanda da bununla bağlı hazırlıq işləri davam etdirilir. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda vaksinasiyanın nə zaman başlayacağı ilə bağlıdır.

7News.Az xəbər verir ki, məsələ ilə əlaqədar Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, peyvəndlənmənin başlanılması yanvar ayı üçün nəzərdə tutulub:

"Hələ ki, yanvar ayı bitməyib. Hazırda yanvar ayının yarısını arxada qoymuşuq. Yəqin ki, bu ay ərzində peyvəndlənmə işinə start veriləcək. İlk öncə risk qrupuna daxil olan insanlar, daha sonra isə digər şəxslərin peyvəndlənməsinə başlanılacaq".

7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ