RU
Azərbaycanda yumurta kəskin ucuzlaşdı
12:19
207

Azərbaycanda yumurta kəskin ucuzlaşdı

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb. 

Hazırda marketlərdə yumurtanın qiyməti 7-9, 10-12 qəpik təşkil edir.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bazarda yumurtanın qiyməti 10 gündür ucuzlaşıb:

"Bunun səbəbi odur ki, yumurtanın istehsalı artıb, tələbat isə azalıb. Bayramqabağı hamı yumurtanı iki-üç qat aldı. Bayramdan sonra isə tələbat azalıb. Tez xarab olan məhsul olduğu üçün marketlərdə qiymət ucuzlaşdırılıb ki, insanlar alsın”.

Aydın Vəliyev qeyd edib ki, yumurtanın yenidən bahalaşması gözlənilmir:

"Xaricdən ölkəyə gətirilən məhsullarda bahalaşma olarsa, o zaman marketdə qiymətlər də qalxa bilər”.

Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 15-20 qəpik arasında dəyişirdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ