RU
Azərbaycandan Ümrəyə 200-dən çox zəvvar gedib
23:15
448

Azərbaycandan Ümrəyə 200-dən çox zəvvar gedib

Azərbaycandan fevralın 2-də Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 75 nəfər bu gün Vətənə qayıdıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
O bildirib ki, qrup üzvləri səhhətləri və digər məsələlərlə bağlı heç bir problemlə üzləşmədən ziyarətlərini başa vurublar.
H.Babayevin sözlərinə görə, ziyarət üçün növbəti qrup mart ayının 10-dan sonra gedəcək.
O qeyd edib ki, bu mövsüm Ümrə ziyarətinə artıq 200-dən çox zəvvar gedib./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ