RU
lombard
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
10:40
159

Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Gənclər, hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənc nəslə qoyulan investisiya dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasəti dövlətin "Gənclik kapitalı”na xüsusi yanaşmasının təcəssümüdür. Qəbul edilən proqramlara uyğun olaraq keçirilən tədbirlər, müxtəlif sahələrdə gəncləri maraqlandıran məsələlərin həllinə dair verilən sərəncamlar, qəbul edilən qərarlar, dövlət orqanlarının və ictimai təşkilatların fəaliyyəti, gənc nəslə təhsil, elm, incəsənət, səhiyyə, iqtisadiyyat və digər sferalarda dəstək, gənclərin problemlərinin həllinə yönəlmiş hərəkətlər Azərbaycan dövlətinin gənclərə diqqətinin bariz nümunəsidir.
Azərbaycan Rerspublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə bugünkü gənc sabah ölkəni idarə edəcəkdir. İ. Əliyevin rəhbərliyi ilə ökə əhalisinin 31%-dən çox hissəsini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə gənc nəslin nümayəndələrinin dövlət idarəçiliyi sistemində iştirakının həyata keçirilməsi, onların səmərəli məşğulluğunun təmin edilməsi, gənclərin potensialından dövlətimizin rifahı naminə istifadə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.Azərbaycan xalqının mənafeyinə əsaslanan gənclər siyasəti Prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilir. əsas vəzifə bu imkanlardan layiqincə yararlanmış gəncləri, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşdırmaq və inkişaf etdirmək üçün hərtərəfli dəstəkləməkdir. Hər bir gənc öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Azərbaycan dövlətinin gənclər siyasəti onun inkişafı üçün normativ-hüquqi bazanın yaradılması, idman, təhsil, elm,səhiyyə, siyasət, mədəniyyət, incəsənət, ictimai həyat və s. sahələr daxil olmaqla gənclərin maraqlarının stimullaşdırılması, əldə edilən nailiyyətlərin təbliği, hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunun inkişafına kömək edir.
Beləliklə, dövlət tərəfindən Azərbaycan gənclərinin inkişafı və özünütəsdiqə yönəlmiş mühüm işlər həyata keçirilmiş və keçirilir. Hər bir azərbaycanlı gəncin borcu isə onun inkişafı üçün yaradılan imkanlardan maksimum istifadə edərək öz xalqına, dövlətinə, vətəninə yararlı olmaq məqsədilə öz üzərində işləməkdir
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ